Modern.az

Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib

Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib

7 Fevral 2019, 11:02

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.

Təhsil Nazirliyindən Modern.az-a bildiriblər ki, müəllimlər bu qurumun internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” //edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsi ilə əldə edə biləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI