Dekabrın 23-də Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gələn “UniverMAYAK” layihəsi çərçivəsində ilk təlim keçirilib.
Layihənin rəhbəri Əsmər Qardaşxanova layihə haqqında məlumat verib. Sonra sözü təlimçi İnqilab Şahbazova verib, o da özü haqqında iştirakçılara ətraflı danışıb.
Daha sonra ilk mövzuda təlim 1 saat davam edib. Təlim müddətində iştirakçılar onları maraqlandıran sualları təlimçiyə ünvanlayıblar.
Qeyd edək ki, layihə xaricdə təhsillə bağlıdır və 10 təlimi əhatə edir.
Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanmışdır. Fond nəşrin məzmununa görə məsuliyyət daşımır.