12 yanvar tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsində qalib gələn “UniverMAYAK” layihəsi çərçivəsində növbəti təlim baş tutub. Təlimçi İnqilab Şahbazov Tövsiyə (Referans) məktubunun yazılması qaydaları mövzusunda təlim keçib.
Layihə “ Hədəf Qlobal Mərkəzi”ndə keçirilib. Layihə əsasında 10 təlim baş tutacaq. Bununla gənclər xaricdə təhsillə bağlı onlara lazım olan sənədlərin hazırlanması ilə tanış olacaqlar.
Təlimin davamında iştirakçılar onları maraqlandıran sualları İ.Şahbazova ünvanlayıb.
Qeyd edək ki, təlim digər mövzularda davam edəcək.
Bu nəşr Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanıb.
Fond nəşrin məzmununa görə məsuliyyət daşımır