Bir neçə gün öncə Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq YAP-çı deputat Eldar Sabiroğlunun səhhəti ağırlaşdığına görə təcili Türkiyəyə aparılmışdı.
Modern.az-ın əməkdaşı Eldar Sabiroğlunun hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün oğlu Rüfət Səfərovla əlaqə saxlayıb.
Rüfət Səfərov atasının ölkəyə qayıtdığını deyib.
“Atamı dünən hava limanında qarşıladım. Həkimlər böhran vəziyyətindən çıxarıblar. Mənim ölkədən çıxışıma stop qoyulduğuna görə, atam bu vəziyyətdə ölkəyə qayıdıb. Hakimlər təcili əməliyyat barədə qərar veriblər. Yaxın günlərdə özümüzü bu ağır əməliyyata hazırlayırıq”.