Martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Bayram Məmmədov yenidən saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Bayram Məmmədovun yaxınları məlumat yayıb.
Məlumata görə, Bayram Məmmədov polisə müqavimət göstərməkdə ittiham edilir. NİDA-çı gənc Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası alıb.