Modern.az

Formula 1-ə görə bağlanan yollar açıldı

Formula 1-ə görə bağlanan yollar açıldı

30 Aprel 2019, 11:20

Artıq Formula 1 yarışı ilə əlaqədar yollarda hərəkətə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, hazırda yoldakı maneələrin və yarışla əlaqədar qoyulan digər elementlərin yığışdırılması işləri gedir:

“Məhdudiyyətlə bağlı istiqaməti dəyişdirilən 17 müntəzəm marşrut xətti üzrə avtobusların əvvəlki sxem üzrə fəaliyyət göstərməsi üçün iş aparılır. Proses tədricən həyata keçirilir və sabah səhərdən tam olaraq əvvəl ki, sxemə qaytarılacaq”.

 

BNA rəsmisi eyni zamanda bldirib ki, sabahdan 5A adı altında fəaliyyət göstərən müvəqqəti marşrut xəttinin də fəaliyyətinə xitam verilib:

“Lökbatan Dairəsi-28 may istiqamətində 125 nömrəli avtobuslar sərnişinlərə xidmət edir.

 

Qeyd edək ki, 26-28 apreldə Azərbaycanda keçirilən "Formula-1" Azərbaycan Qran-pri yarışlarına görə, mərkəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. 17 avtobusun hərəkət istiqaməti dəyişdirilmişdi.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?