Modern.az

Xocahəsən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır

Xocahəsən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır

4 May 2019, 17:02

Sabahdan Xocahəsən-Lökbatan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU