İki qurumun əməkaşları Mərhum Prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Xətai rayonundakı Cavanşir küçəsi boyunca ərazidə növbəti iməclik təşkil edilib.
Meriyadan Modern.az-a verilən məlumata görə, iməclikdə hər iki qurumun 200 nəfərdən çox əməkdaşı iştirak edib.
Bu ərazidə görünüşə xələl gətirən hasarlar və kortəbii qanunsuz tikililər sökülüb, yararsız tikinti materialları, daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.
İməclikdə 1000-ə yaxın yeni ağac, əsas etibarı ilə Eldar şamı və digər ağacları əkilib.
Ay ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.