Modern.az

“Moskvadakı təyyarə qəzasında azərbaycanlılar olmayıb” - RƏSMİ

“Moskvadakı təyyarə qəzasında azərbaycanlılar olmayıb” - RƏSMİ

6 May 2019, 11:08

"Rusiya paytaxtı Moskvanın "Şeremetyevo" aeroportunda baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

 

Bunu  Modern.az-a  açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva deyib. 

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Yanğın nəticəsində göyərtədə olan 78 nəfərdən 41 nəfər ölüb.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır