Modern.az

Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək

Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək

Aktual

21 May 2019, 17:13

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  “ Ölkəmizin turizm potensialının təbliği mövzusunda beynəlxalq konfransın keçirilməsi” layihəsinin icrasına başlayıb. 

İctimai Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin məqsədi Azərbaycannın yalnız, neft, idman yox, eyni zamanda turizm  ölkəsi kimi də beynəlxalq ictimaiyyətə təqdim etməkdir:           


“Bu gün ölkəmizin inkişaf etmiş sahələrindən biridə turizmdir. Bilirsiniz ki, ölkəmizin turizm potensialı zəngin olduğundan Azərbaycanda turizmin bir neçə növü yüksək səviyyədə inkişaf edibdir. Digər sahələr isə inkişaf etməkdədir. Buna nümunə olaraq, sağlamlıq-müalıcə turizmini, qış turizmini, qastronomik, raftinq  və s növlərini mövcuddur. Bu layihə vasitəsi ilə keçiriləcək beynəlxalq konfransda ölkəmizin  turizm sahəsinin inkişafı qonaqlara təqdim olunacaqdır. Düşünürük ki, bu konfrans Azərbaycana turistlərin cəlb edilməsinə müəyyən mənada dəstək olacaqdır. Eyni zamanda ölkənin turizm şirkətləri ilə təəcrübə mübadiləsi baxımından da əhəmiyyətli olacaqdır”.

Xatırladaq ki, layihə çərçivəsində iyunun 24-27 tarixlərində beyəlxalq konfransın keçirilməsi və Azərbaycanın bir neçə turizm obyektlərinə səfərin edilməsi nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi