Modern.az

Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq  

Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq  

3 İyun 2019, 16:45

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

Modern.az-ın məlumatına görə, deputat iclasda çıxış edərək fikirlərini səsləndirəcək.

S.Qafarova iyunun 6-dan 8-nə kimi isə Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi ilə əlaqədar ölkəmizdə qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU