Modern.az

Sabahdan havalar İSTİLƏŞƏCƏK

Sabahdan havalar İSTİLƏŞƏCƏK

1 İyul 2019, 10:56

Ölkə ərazisində bir neçə gündür ki, qeyri-sabit hava şəraiti hökm sürür.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya departamentinin baş hidroloqu Asif Verdiyev Modern.az-a açıqlamasında bildirib ki, iyul ayının 2-dək qeyri-sabit hava şəraiti davam edəcək.

 

“İyulun  2-dən başlayaraq bölgələrdə hava şəraiti yağmursuz keçəcək və temperatur  aran rayonlarında 31-36, dağlıq ərazilərdə 19-24 dərəcə isti olacaq . Bakı-Abşeron yarımadasında ayın 2-dən şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.  İyulun 2-dən etibarən  Bakı ərazisində tempratur 27-32 dərəcəyədək yüksələcək”.

Əzizə Zeynal

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama