Modern.az

Şimali Kiprdəki azərbaycanlılar kömək üçün hara müraciət etsinlər? - XİN-dən CAVAB

Şimali Kiprdəki azərbaycanlılar kömək üçün hara müraciət etsinlər? - XİN-dən CAVAB

1 İyul 2019, 15:58

Beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına ölkəmizdən də səyahət edən, təhsil almağa və başqa  məqsədlərlə gedənlər az deyil. Azərbaycan tərəfindən rəsmi olaraq tanınmayan bu ərazidə vətəndaşların problemləri ilə əlaqədar müraciət edə biləcəyi nümayəndə və ya nümayəndəlik varmı? 


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a bildirib ki, rəsmi diplomatik şəkildə ölkə tanınmırsa, orada hər hansı bir azərbaycanlı nümayəndənin olmasından söz gedə bilməz:

“İndiyədək istər təhsil almağa, istərsə də səyahət məqsədilə Şimali Kiprə  gedən vətəndaşlarımızdan heç biri haqlarının pozulması və ya başqa hallarla bağlı Xarici İşlər Nazirliyinə müraciət etməyib. Digər hallarla əlaqədar vətəndaşlarımız  Azərbaycanın Şimali Kiprə yaxın ərazidəki diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər.  Yenə də vurğulayım ki, Azərbaycanın rəsmi şəkildə tanımadığı bir ərazidə diplomatik nümayəndə ola bilməz”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama