Modern.az

Yayda uşaqların düzgün və sağlam qidalanması üçün nə etməliyik?

Yayda uşaqların düzgün və sağlam qidalanması üçün nə etməliyik?

2 İyul 2019, 14:30

"Yay aylarında qida zəhərlənməsi riski daha yüksəkdir. Dondurma, toyuq, süd və qaymaqlı qidalar tez xarab olduğundan və ya saxlama şəraitinin düzgün olmadığından zəhərlənmə halları (qusma, qızdırma, ishal) qaçınılmazdır".

 

Bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının İH-nin üzvü, qida texnoloqu Ağa Salamov yay aylarında uşaqların düzgün və sağlam qidalanması ilə bağlı Modern.az saytına danışarkən deyib.

O bildirib ki, yay aylarında uşaqların düzgün qidalanmasına valideynlər xüsusi diqqət yetirməlidirlər:

 

"Yay aylarında temperaturun artması ilə özünü göstərən problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanmağını təmin etməlisiniz. Qızmar günəşli yay aylarında qızdırma, başgicəllənmə, yorğunluq və zəiflik kimi şikayətlər hər kəsin qaçılmaz problemlərindən biridir. Ən ümumi problem baş ağrısı, ürəkbulanma, qusma, başgicəllənmə, həddindən artıq yorğunluq, zəiflik və gün vurmasıdır. Əgər bu baş verərsə, dərhal sərin bir yerdə əyləşib və çox maye qəbul etməlisiniz. Uşaqlar yemək vərdişlərində valideynlərindən örnək aldıqlarından valideynlərin də bir masa arxasında istehlak edəcəyi qidalara diqqət yetirərək, sağlam qidalara üstünlük verməsi çox vacibdir. Buna görə etibar etdiyiniz korporativ markaların məhsullarını seçdiyinizə əmin olun. Göyərti və meyvələri təmiz və sirkəli su ilə yuyun".

 

 Qida texnoloqu meyvələrin uşaqların sağlam qidalanmasında vacib olduğunu qeyd edib.

 

"Meyvələr uşaqların sağlam qidalanmasında vacib bir yerə sahibdir. İnsan sağlamlığına olan faydaları da qaçılmazdır. Hər bir meyvə müxtəlif vitamin və minerallardan ibarətdir. Buna görə vucudumuza olan faydaları da fərqlidir. Meyvələrin tərkibində olan A, C və E vitaminləri bədənimizin həyati funksiyalarını qoruyan antioksidanlardır. Xüsusilə C vitamini olan meyvələr dəmirin sorulmasını asanlaşdırır və bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bundan əlavə,albalı,ərik,şaftalı, banan, qarpız və qovun kimi meyvələrdə olan vitaminlər immun sistemini gücləndirdiyi üçün uşaqlara verilməsi tövsiyə olunur.

 

“Fast food” restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və kalsium çox azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. Fast foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır".

 

 A.Salamov uşaqların sağlam qidalanmasında 10 əsas məsələyə diqqət edilməli olduğunu bildirib.

*Şəkərli və qazlı içkilərdən uzaq tutun. Ev şəraitində hazırlanmış təbii kompot, dovğa və ya ayran içirin.

* Yemək yemələri üçün məcbur etməyin. Yayda iştah azalır deyə yüngül qidalara üstünlük verin.

* Masaya qoyduğunuz sağlam qidaların sağlamlığa faydalı olduğunu uşaqlara başa salın.

* Altı yaşa qədər uşaqların qidalanması ilə bağlı pediatrla məsləhətləşin.

* Mümkün qədər az şirniyyat yemələri məsləhət görülür.

* Fast Food- hazır ayaqüstü tez hazırlanan qidalardan uzaq tutun (dönər, burger, fri kartof və.s)

* Hisə verilmiş balıq kimi məhsullardan çalışın uzaqlaşdırın.

* Konserva tipli məhsulları verməyin.

* Yeməklərində trans yağ əvəzinə, quyruq və ya kərə yağından istifadə edin. Salatlarına isə Extra Virgin zeytun yağı əlavə edin.

  • Sağlam qidalanma ilə yanaşı, uşaqlarınız üçün idman da vacibdir (üzgüçülük, futbol, gimnastika, voleybol və s.) 

 

Jalə Mehdi

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə