Modern.az

Şeyxin arvadı Londonda qorxu içində yaşayır

Şeyxin arvadı Londonda qorxu içində yaşayır

3 İyul 2019, 17:01

Dubay şeyxi Məhəmməd bin əl-Maktumun arvadı şahzadə Hayanın İngiltərədə qorxu içində yaşadığı bildirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Şeyxin 6 arvadından biri olan Haya sığınacaq üçün Almaniyadan Londona üz tutub. Əslən iordaniyalı olan Haya Londonda 85 milyon sterlinq dəyərindəki evdə yaşayır.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hayanın geri qayıtmasını tələb etsə İngiltərə ilə bu ölkə arasında diplomatik münasibətlərin gərginləşəcəyi bildirilir.

Haya belə hal yaranarsa, yəni BƏƏ onu geri çağırarsa İngiltərə Ali Məhkəməsinə müraciət edəcəyini deyir.

Şeyxin ailəsində bu hal ilk dəfədir ki, yaşanmır. Belə ki, keçən il əl-Maktumun qızı Lətifə də bir fransızın köməyi ilə ölkəni dəniz yolu ilə tərk etmək istəyərkən Hindistanda saxlanılıb  geri göndərilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama