Modern.az

Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

7 İyul 2019, 16:25

Lənkəranın Gərmətük kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili “QAZ-52” markalı maşın toqquşub. Qəza nəticəsində “QAZ-52” markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Hakim Tahirov hadisə yerində ölüb.

 

Xəsarət alanlar 1964-cü il təvəllüdlü Ehtiram Nurullayev və 1978-ci il təvəllüdlü Rasim Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?