Modern.az

65 yaşlı gəlin 92 yaşlı qaynanasını döydü - SƏBƏB

65 yaşlı gəlin 92 yaşlı qaynanasını döydü - SƏBƏB

9 İyul 2019, 17:48

Türkiyənin Samsun şəhərində gəlin 92 yaşlı qaynanasını döyüb.  Yaşlı qadının qolunu qıran gəlinin bunu qaynanasının ona olan borcuna görə etdiyi bildirilir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransadan istirahət üçün Türkiyəyə qayıdan qadın hadisəni həyat yoldaşı evdə olmayanda törədib. Dəyənəklə qaynanasına ağır zərbələr endirən gəlin (M.T) yaşlı qadını acınacaqlı vəziyyətə salıb. 65 yaşlı gəlin  polis tərəfindən nəzarət altına alınsa da sərbəst buraxılaraq qısa zaman ərzində həyat yoldaşı ilə birgə Fransaya geri dönüb.

 

Yaşlı qarı dərhal xəstəxanaya yerləşdirilib və  ilkin tibbi yardım göstərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama