Türkiyədə Tekirdağın Saray qəsəbəsində 4 uşaqlı Şeyda Ayyıldız küçənin ortasında öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qadını əri öldürüb.
Aralarındakı mübahisəyə görə həyat yoldaşından ayrılaraq üç uşağı ilə birgə ata-anasının yanına köçən qadına əri barışmaq üçün dəfələrlə müraciət edib. Qadının əri Haruk Ayyıldız deyir ki, “Özümdə olmağına baxmayaraq, onu sınamaq üçün yolunu kəsdim, 50 tl pul istədim. Pulu mənə vermək istəməyəndə anladım ki, artıq mənimlə barışmayacaq. Mübahisə etdik və üstümdəki bıçaqla zərbə endirdim”.
12 bıçaq zərbəsi endirdikdən sonra Haruk Ayyıldız hadisə yerindən qaçıb. Qadın aldığı zərbələrdən dolayı dünyasını dəyişib. Şeyda ayyıldızın tabutuna 4 övladını xatırladan 4 çiçək qoyularaq dəfn edilib.
Cinayəti törədən Haruk Ayyıldız qısa zaman ərzində polis orqanları tərəfindən saxlanılıb.