Modern.az

Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq

Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq

Aktual

17 İyul 2019, 16:36

Bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar Xırdalan şəhəri və Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU