Modern.az

Miçel və Filip Ozobiç "Dundalk"la oyunu buraxacaqlar

Miçel və Filip Ozobiç

Aktual

24 İyul 2019, 21:23

"Qarabağ"ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Dundalk"la oyunu buraxacaqlar.

Modern.az-ın məlumatına görə, buna səbəb  Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır. Xorvat yarımmüdafiəçi  üç gün əvvəl, ispan yarımmüdafiəçi isə dünən zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.

Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu