Modern.az

İfrat “zaqar” dəri xərçəngi yaradır – XƏBƏRDARLIQ

İfrat “zaqar” dəri xərçəngi yaradır – XƏBƏRDARLIQ

1 Avqust 2019, 09:47

Yay fəsli gələn kimi insanları maraqlandıran əsas mövzulardan biri günəş şüalarının mənfi və müsbət tərəfləri olur. Xüsusilə, dəniz mövsümündə günəş vannası qəbul etmək aktual olduğundan şüaların dəriyə mənfi təsiri daha çox narahatlıq yaradır.

Ümumiyyətlə, günün hansı saatlarında günəş vannası qəbul etmək lazımdır?  Saatlarla qəbul etdiyimiz günəş şüasının dəriyə nə kimi mənfi təsiri var?

 

Dermotoloq Həmid Mustafayev Modern.az-a açıqlamasında  deyib ki, səhər saat 11-dək və günorta saat 4-dən sonra günəş vannası qəbul etmək daha yaxşıdır.

“Günəş vannası qəbul etmək üçün günün müəyyən vaxtları nəzərdə tutulub. Günün orta saatlarında düşən ultrabənövşəyi qırmızı şüaların dəriyə təsiri nəticəsində dəridə yanıq və ləkələr əmələ gəlir. Eyni zamanda bu şüalar piqment pozğunluğu yaradaraq dəridə olan xalların bədxassəliyə çevrilərək dəri xərçənginin yaranması üçün qıcıq rolu oynayır. Buna görə də günorta saatlarında günəş vannası qəbul etmək düzgün deyil. Dərisində kəskin ləkə olan xanımlar yaxşı olardı ki, günəşqoruyucu kremlərdən - “SPF”dən istifadə etsinlər”. 

 

Əzizə ZEYNAL

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama