Modern.az

Ukrayna Qarapapaq Türkləri Milli Şurası azərbaycanlı jurnalistləri təltif etdi - SİYAHI

Ukrayna Qarapapaq Türkləri Milli Şurası azərbaycanlı jurnalistləri təltif etdi - SİYAHI

Aktual

5 Avqust 2019, 11:55

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov müxtəlif ölkələrdən olan ictimai xadimləri, KİV rəhbərləri və təmsilçilərini “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif etmək barədə əmr imzalayıb.

Bu barədə mətbuata UQTMŞ İnformasiya Departamentindən məlumat veriblər.

UQTMŞ Rəyasət Heyəti sədrinin müavini Vilayət Xəlilovun təqdimatı əsasında, Ukrayna ilə bağlı informasiyaların yayılmasında aktivlik göstərmiş, Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi barədə Ukraynanın dövlət maraqlarını qorumuş KİV rəhbərləri və təmsilçiləri, həmçinin ictimai xadimlərin ”UQTMŞ 5 ili” yubiley medalı ilə təltif etmək barədə qərar qəbul edilib. Təltif edilənlərdən 23 nəfəri Azərbaycanın tanınmış KİV rəhbərləri, jurnalisti, yazarları və ictimai xadimləridir. Medalların təqdim edilmə mərasimi iki həftə ərsizdə UQTMŞ-nın səlahiyyətli nümayəndələri tərəfindən Kiyevdə, Vinniçada, Bakıda, Ankarda və Marneulidə təşkil ediləcək.

UQTMŞ sədrinin 012/(019) saylı, 05.0.2019 tarixli əmri ilə, “Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı ilə təltif olunan şəxslərin tam siyahısı:

Ukrayna vətəndaşları:

Volovodyuk Volodimr Volodimroviç
Malinovskaya Olqa Oleqovna
Şuljenko Sergey Qriqoroviç
Şurin Andrey Romanoviç

Azərbaycan vətəndaşları

Abışova Vüsalə Mahir qızı
Ağacanov Elçin Alı oğlu
Allahverdiyev Toğrul Ağəli oğlu
Allahverənov Azər Kərim oğlu
Babyev Ziya Şakir oğlu
Bəşirov Ruslan Cəlil oğlu
Qafarov Əfqan Məhəmməd oğlu
Qəribli Məmmədəli Qərib oğlu
Quliyeva Aynur Camal qızı
Ələsgərli Əfsanə Bayram qızı
Əliyev Məğrur Möhtərəm oğlu
Əliyevə Arifə Vahid qızı
Əhədov Əlişir Alxas oğlu
Hüseynov Nicat Sakit oğlu
Cəbrayılov Ramil Əfqan oğlu
Cəfərov Mənsur Rəğəbət oğlu
Canbaxışlı Nahid Baxışəli oğlu
Zeynallı Əvəz Tapdıq oğlu
Mirzə Afiq Yelmar oğlu
Fərəcov Aqil Ələsgər oğlu
Şərif Gülxar Cəbrail qızı
Şəfiyev Nadir Yusuf oğlu

Gürcüstan vətəndaşları:

Əliyev Sərkərdə Sərxan oğlu
Bayramova Samirə Teymurxan qızı
Məmmədov Azər Süleyman oğlu
Məmmədov Nizami Zilli oğlu

Qazaxstan vətəndaşları:

Sailaukizi Alma Xametjanova
Aida Kıdırbekovna

Türkiyə vətəndaşları:

Ahmet Aydın Ali Sait
Muhammet Kutlu Nazim
İncedere Suat Namaz
Soğuksu Muharrem Akif

Polşa vətəndaşları:

Kosiçinska Kladiya Maqdalena
Mamon Marçin
Çieslavska Anna

Yaponiya vətəndaşı:

Vakizaka Keisuke Yudji

Özbəkistan vətəndaşı:

Salamov Şuxrat Nasiroviç

Tunis vətəndaşı:

Dridi Xaled Ben Belqasem

Belorus vətəndaşı:

Ostrovskiy Aleksandr Aleksandroviç

“Ukrayna Qarapapaq Türkləri Milli Şurasının 5 ili” yubiley medalı 10 iyun 2017-ci ildə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının yaradılmasının 5 illik yubileyi münasibəti ilə UQTMŞ Rəyasət Heyətinin qərarı ilə təsis edilib və həmin medalla Ukrayna vətəndaşları, xarici vətəndaşlar və yaxud vətəndaşlığı olmayan şəxslər təltif edilir.

2017-ci ildə 53 şəxs, 2018-ci ildə 7 şəxs bu medalla təltif edilib. Ukrayna Qarapapaq Türkləri Milli Şurası 17 iyul 2012-ci ildə Kiyevdə keçirilən Ukrayna Qarapapaq Türklərinin 1-ci Məclisində təsis edilib. 6 may 2014-cü ildə Ukrayna Ədliyyə Nazirliyi Dövlət Qeydiyyat Xidməti tərəfindən təkrarən, Ümumukrayna İctimi Birliyi statusunda dövlət qeydiyyatına alınıb. Hazırda Ukraynanın ən böyük ictimai birliklərindən birdir. UQTMŞ-nın Ukraynaın 24 vilayətində rəsmi qeydiyyatdan keçmiş 24 vilayət təşkilatı fəaliyyət göstərir.
Mərkəzi Mənzil-Qərargahı Vinniça şəhərində yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir