Modern.az

Nazir iki yeni şöbə müdiri təyin etdi

Nazir iki yeni şöbə müdiri təyin etdi

11 Avqust 2019, 19:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.
 
Modern.az APA-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov tutduğu vəzifədən azad edilib.

S. Babayevin digər əmriylə F. Bədəlov Fondun Xəzər rayon şöbəsinin müdiri təyin olunub.
 
Sahil Babayev Fondun Sumqayıt şəhər şöbəsinə də yeni müdir təyin edib. Uzun müddət Sumqayıt şəhər şöbəsində Mühasibatlıq sektorunun müdiri vəzifəsində çalışan Ceyhun Süleymanov şöbənin müdiri təyin edilib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir