Tovuz rayonunda özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun 2001-ci il təvəllüdlü Qədirli kənd sakini K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.
Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
***
Bu gün Tovuzda intihar məqsədilə özünü körpüdən atan qızın şəxsiyyəti məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdən özünü atan 2001-ci il təvəllüdlü Həsənova Kifayət Məhəmməd qızı olub.
Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən K. Həsənovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.