Modern.az

İranda daha 4 nəfər edam edildi

İranda daha 4 nəfər edam edildi

Aktual

11 Avqust 2019, 20:19

İranda qətldə günahlandırılaraq edama məhkum edilən daha 4 nəfər dar ağacından asılıb.

Modern.az yerli mediaya istinadən xəbər verir ki, edamlar Məşhəd, Qum və Babil şəhərlərində həyata keçirilib.

İranlı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bir neçə il əvvəl ayrı-ayrılıqda naməlum səbəbə görə qətl törədən və adları mediaya açıqlanmayan 2 məhkum Məşhəd şəhərinin mərkəzi zindanında dara çəkilib.

Bundan başqa, 5 il əvvəl məişət zəminində baş verən bir davada qətl törədən 26 yaşlı daha bir məhkum eyni ittihamla Babil həbsxanasında edam edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir