Modern.az

"Çelsi" böyük hesabla məğlub oldu

Aktual

11 Avqust 2019, 22:16

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.

Modern.az  xəbər verir ki, "Old Trafford" stadionunda "Mançester Yunayted"lə "Çelsi" üz-üzə gəlib.

Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Reşford (18 və 67-ci dəqiqələrdə), Marsyal (65) və Ceyms (81) vurub.

Qələbə sayəsində ilk üç xalını qazanan "Mançester Yunayted" ikinci pilləyə yüksəlib və yalnız qol sayına "Mançester Siti"dən (5 qol) geri qalır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir