Modern.az

Əsgər yanına gedənlər Kürdəmirdə qəzaya düşdü

Əsgər yanına gedənlər Kürdəmirdə qəzaya düşdü

Aktual

11 Avqust 2019, 22:49

Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı 1988-ci il təvəllüdlü Qasımov Səxavət Saleh oğlu kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Yaralı aidiyyəti üzrə həkim müayinəsinə götürülüb və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmiş Kürdəmirdə yerləşən "N" saylı hərbi hissəyə əsgər yanına gedirmiş.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir