UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.
Modern.az xəbər verir ki, bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniele Doveri olacaq.
Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək.
Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.
Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.
Qeyd edək ki, “Bney Yehuda” – “Neftçi” görüşü avqustun 15-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.