Modern.az

Dənizdə batan 4 uşaqdan sonuncunun da meyiti tapıldı

Dənizdə batan 4 uşaqdan sonuncunun da meyiti tapıldı

12 Avqust 2019, 08:54

Avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Z.Cəfərzadənin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Xatırladaq ki, avqustun 10-da Nardaran qəsəbəsi sahillərindəki nəzarətsiz ərazidə iki qardaşın övladları olan 4 azyaşlı uşaq dənizdə batmışdı. Onlar 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı, 11 yaşlı Cəfərov Əlirza Əsəd oğlu, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı Cəfərzadə Zeynəb Ramin qızıdır.

Birinci üç uşağın meyiti dalğıclar tərəfindən tapılaraq təhvil verilsə də, Zeynəb Cəfərzadə axtarılırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir