Modern.az

Goranboyda ağır qəza: ata öldü, oğul yaralandı

Goranboyda ağır qəza: ata öldü, oğul yaralandı

12 Avqust 2019, 21:54

Goranboyda baş verən yol qəzası zamanı ölən və yaralananların şəxsiyyətləri məlum olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, rayonun Kəpənəkçi kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi "VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı habelə sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir