Modern.az

“Binə” ticarət mərkəzində yenə YANĞIN...

“Binə” ticarət mərkəzində yenə YANĞIN...

13 Avqust 2019, 09:35

"Binə" ticarət mərkəzində yanğın olub.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU