Modern.az

Binəqədidə ev ikinci dəfə qarət edildi

Binəqədidə ev ikinci dəfə qarət edildi

Aktual

20 Avqust 2019, 00:17

Binəqədi rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Modern.az  xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Belə ki, Vüqar Dərziyevə məxsus fərdi yaşayış evindən naməlum şəxslər 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.

Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Qeyd edək ki, V.Dərziyev jurnalist Elnarə Dərziyevanın qardaşıdır

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi