Modern.az

Bakıda uşaq bağçasında yanğın olub

Bakıda uşaq bağçasında  yanğın olub

25 Avqust 2019, 18:46

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

Modern.az xəbər verir ki, yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Oxu.az bildirir ki, hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI