Modern.az

Kürdəmirdə traktor aşdı: iki uşaq yaralandı

Kürdəmirdə traktor aşdı: iki uşaq yaralandı

26 Avqust 2019, 21:12

Kürdəmir rayonunda traktor aşıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 2007-ci il təvəllüdlü Ömər Kamil oğlu Rüstəmli və 2009-cu il təvəllüdlü İlham Samir oğlu Rüstəmli babasının idarə etdiyi traktorda hərəkətdə olarkən nəqliyyat vasitəsi aşıb. Nəticədə uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı