Gəncə şəhərində qətl törədilib.
Modern.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb.
O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, hadisə mərhumun qohumu tərəfindən törədilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.