Modern.az

Türkiyədə avtobus qəzası - 31 nəfər ağır xəsarət alıb

Türkiyədə avtobus qəzası - 31 nəfər ağır xəsarət alıb

1 Noyabr 2019, 18:16

Türkiyədə bələdiyyə avtobusu qəza törədib.

 

Modern.az "Hürriyet"ə istinadən xəbər verir ki, qəzada 25-i qadın, 3-ü uşaq, 2 tibb bacısı və sürücü olmaqla ümumilikdə 31 nəfər ağır xəsarət alıb.

 

Qeyd edək ki, qəza bu gün günorta saatlarında Ankara ilə Bala rayonu arasındakı yolda baş verib. Məlumata görə sərnişinlər xərçəng xəstəliyi ilə bağlı müayinədən qayıdırlarmış. Qəzanın baş verməsinə səbəb isə, sürücünün yağışlı yolda idarəetməni itirməsi olub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək