Modern.az

Bərdədə 19 yaşlı gənc bıçaqlandı

Bərdədə 19 yaşlı gənc bıçaqlandı

15 Noyabr 2019, 20:00

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Səttərxan küçəsində qeydə alınıb.

 

Rayon sakini,  2000-ci il təvəllüdlü Elmir Abdullayev bıçaqlanıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. E.Abdullayevə döş qəfəsinin sol kürək nahiyəsində və sağ baldırın aşağı nahiyəsində kəsilmiş deşilmiş diaqnozu qoyulub.

 

Hadisəni törədən şəxsin kimliyi məlum deyil. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi