Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də yürüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı müxalifətdən olan azərbaycanlı deputat Azər Süleymanov paylaşıb.
Yürüş Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər davam edib.
Əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar “Gürcüstanı dəyişək!” şüarı səsləndiriblər.
Aksiya iştirakçıları müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.