Ötən gecə UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Barselona" - "Borussia Dortmund" qarşılaşması katalon klubunun kapitanı Lionel Messi üçün əlamətdar olub.
Modern.az xəbər verir ki, "Barselona" forması ilə 700-cü oyununa çıxan Messi eyni zamanda tarixi rekorda imza atıb.
Belə ki, Lionel Messi Çempionlar Liqası tarixində 34 fərqli komandaya qol vurmağı bacaran ilk oyunçu adını qazanıb.
3-1 hesabı ilə başa çatan oyunda argentinalı hücumçu 1 qol, 2 assistlə yadda qalıb. "Barsa" forması ilə ümumilikdə 700 oyuna çıxan Messi 613 qol vurub, 239 məhsuldar ötürmə edib.
T.İSMAYIL