Goranboyda evdə baş verən partlayışda yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cı il təvəllüdlü Cahid Əhmədovdur.
Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir.
T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.
***
Goranboy rayonunda yaşayış evində partlayış baş verib.
Modern.az xəbər verir ki, partlayış nəticəsində üçü azyaşlı olmaqla dörd nəfər yanıq xəsarətləri alıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.