Yeni ilin yaxınlaşması ilə əlaqədar metronun “Neftçilər”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May” stansiyalarının yaxınlığında bayram çadırları qurulub.
Modern.az xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də bayram çadırları Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə qurulub.
Qurulan bayram çadırlarının sayının artırılacağı bildirilir.
Çadırlarda bayram ləvazimatları, oyuncaqlar, suvenirlər, şam ağacları və s. Satılacağı bildirilir. Yarmarkanın 2020-ci il yanvarın əvvəlinədək davam edəcəyi gözlənilir.