Bakının Binəqədi rayonu ərazisində “Euro Home” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar olaraq Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrut xətləri üzrə avtobusların hərəkətində problem yaranıb.
Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
N.Allahyarovanın sözlərinə görə, hərəkət qismən təmin olunub:
“Hazırda aidiyyatı qurumlar yanğının söndürülməsi üçün ərazidədirlər”.