Modern.az

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO

14 Dekabr 2019, 16:27

Bu gün Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir. 

 

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

 

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu