Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın söndürülüb.
Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
Bakıda daha bir bazarda yanğın baş verib.
Modern.az xəbər verir ki, hadisə 3-cü mikrorayon bazarı adlanan ərazidə qeydə alınıb.
Yanğın bazarda ərzaq mağazalarının birində baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 10-da Bakıda "EuroHome" tikinti materialları bazarı yanıb.