Modern.az

Zelenskinin Bakı səfəri nələri dəyişəcək? - Rəylər

Zelenskinin Bakı səfəri nələri dəyişəcək? - Rəylər

17 Dekabr 2019, 17:18

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana rəsmi səfərə gəlib.

Maraqlıdır, bu səfər iki ölkə arasında həm siyasi, həm də iqtisadi baxımdan nələri dəyişə bilər? 

 

Beşinci çağırış Milli Məclisin deputatı olan Asim Mollazadə Modern.az-a bildirib ki, Azərbaycan-Ukrayna münasibətləri hər zaman tərəfdaşlıq xarakteri daşıyır:

 

“Bizim ölkələrimizin həm iqtisadi, həm də siyasi sahədə çoxşaxəli əməkdaşlığı var. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü, Ukrayna da bu istiqamətdə ölkəmizi dəstəkləyib. Mənə elə gəlir ki, yaranmış vəziyyət, işğal altında olan torpaqlar, bizim səylərimizi bir neçə beynəlxalq təşkilatlarda birləşdirə bilər”.

 

Asim Mollazadə qeyd edib ki, ölkələrimiz həm enerji, həm ticarət sahəsində öz əməkdaşlıqlarını genişləndirə bilər:

 

“Xatırlatmaq istərdim ki, Ukraynada yarım milyonluq azərbaycanlı diasporu yaşayır və mənə elə gəlir ki, onların da vəziyyəti Azərbaycan-Ukrayna münasibətlərinə müsbət təsir göstərəcək. Bizim Ukrayna ilə maraqlarımız birdir. Biz də Ukrayna kimi münaqişələrin beynəlxalq təşkilatlarda hüquq çərçivəsində həllini istəyirik. Qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu yaradılıb. Azərbaycan həmin Minsk qrupunu bir növ münaqişəni dondurmaqla məşğul olan qurum kimi qəbul edir. Bu hadisələr Ukrayna ilə bağlı da təkrar olunur. Ukrayna çox ciddi ikili standartlarla üzləşir”.

 

Beşinci çağırış Milli Məclisin deputatı olan Rüfət Quliyev Zelensikinin Azərbaycana səfərini çox yüksək qiymətləndirdiyini bildirib:

“Bizim başqa xarici ölkə və ittifaqlarda tez-tez xəttimiz, istəklərimiz üst-üstə düşür. Avropa Şurasında və digər bütün xarici təşkilatlarda bir-birimizin maraqlarını müdafiə edirik. Əsas maraqlar bizim üçün Qarabağ məsələsi, onlarda isə Krım, Donetsk və Luqansk vilayətləridir. İqtisadi tərəfdən artım var. Bizim Ukrayna ilə ticarət münasibətlərimiz 1 milyard dollara yaxınlaşır. Ukrayna bizim üçün daim doğma dövlət olub. İstər Sovet hakimiyyəti dövründə, istər MDB çərçivəsində Ukrayna Azərbaycan üçün doğma olub. Ukrayna hazırda MDB-dən uzaqlaşır və daha çox Qərbə tərəf siyasət aparır”.

 

Rüfət Quliyev qeyd edib ki, Ukrayna ərazisinə görə Rusiyadan sonra Avropada ikinci nəhəng ölkədir:

 

“Azərbaycanlıların ən çox yaşadığı ölkələrdən biri Ukraynadır. Azərbaycanlılar üçün Ukraynada gözəl şərait yaradılıb. Biz Zelenskinin Azərbaycana səfərini çoxdan gözləyirdik. Ona görə ki, son 7-8 ayda iki ölkə arasında dövlət nümayəndələrinin görüşləri olurdu. Qeyd etmək istərdim ki, biz Ukrayna üçün çox maraqlıyıq. Maraq ondan ibarətdir ki, Ukraynada istifadə olunan neftin 96 faizi Azərbaycandan gedir. Bildyimiz kimi, Sovet hakimiyyəti dövründən bu yana Ukrayna Rusiyadan sonra hərbi silah istehsal edən ölkədir. Bizim üçün bu da maraqlıdır. Bizim Ukrayna ilə parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədə olub. Hər iki tərəf bu münasibətlərin yüksələn tərəfə getməyini istəyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı