Modern.az

“El Klassiko”larda daha çox hansı komanda qalib gəlib?

“El Klassiko”larda daha çox hansı komanda qalib gəlib?

18 Dekabr 2019, 19:19

Bu gecə Bakı vaxtilə saat 23.00-da İspaniya La Liqası çərçivəsində 10-cu turda təxirə salınmış “Barselona”- “Real Madrid” matçı başlayacaq.

 

“El Klassiko” kimi tanınan bu iki komandanın qarşılaşması Kataloniyadakı “Kamp Nou” stadionunda baş tutacaq.

 

Modern.az ev sahibi “Barselona”nın “El Klassiko”lardakı statistikasını təqdim edir:

 

“Barsa”nın “Real Madrid”ə qarşı keçirdiyi 242 rəsmi oyunda 96 qələbəsi, 51 heç-heçəsi, 95 məğlubiyyəti qeydə alınıb.

Qol nisbəti: 399-402.

Qapının toxunulmaz saxlanıldığı oyun sayı: 54.

“Barselona” bu komandaya qarşı La Liqada:
- ümumi göstərici (178 oyun): 72Q - 34H - 72M.
- ev göstəricisi (89 oyun): 50Q - 19H - 20M.
- səfər göstəricisi (89 oyun): 22Q - 15H - 52M.

 

“El Klassiko”larda “Real”a qarşı qol vuran “Barselona”nın hazırkı heyət oyunçuları:


- Qol: Messi 26, Luis Suarez 11, Rakitiç 4, Pike 2, Alba 1, Arturo Vidal 1.

 

Hazırda “Barselona”nın heyətində çıxış edən Antuan Qrizman “Atletiko Madrid”in heyətində “Real Madrid”in qapısından 8 qol keçirib.

 

Tarix ərzində “Real”a qarşı ən çox oyun keçirmiş “Barselona” oyunçuları: Xavi 42, Messi 41, İniesta 38, Buskets 37, Pikue 36, Puyol 31.

 

Tarix ərzində “Real Madrid”ə qarşı ən çox qol vuran “Barsa” oyunçuları: Messi 26, Kesar 14, Luis Suarez 11, Kubala 4.

 

Tarix ərzində 39 oyunçu həm “Barselona”, həm də “Real Madrid”də çıxış edib.

 

“Tarix ərzində “El Klassiko”larda ümumilikdə 854 oyunçu iştirak edib. Onlardan 266 oyunçu qol vurmağı bacarıb.

Tarixdə ilk “El Klassiko” 13 may 1902-ci ildə “Copa de la Coronacion” turniri çərçivəsində keçirilib və görüş “Barselona”nın 3-1 hesablı qələbəsilə başa çatıb.

 

T.İSMAYIL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU