Modern.az

Bu gün “Nəsimi” filmi yenilənmiş versiyada təqdim olunacaq

Bu gün “Nəsimi” filmi yenilənmiş versiyada təqdim olunacaq

20 Dekabr 2019, 09:43

“Nəsimi” bədii filmi yenilənmiş versiyada bu gün tamaşaçılara təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Nəsimi” kinosu bərpa edilib.

Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında yenilənib.

Təqdimat dekabrın 20-də saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir