Modern.az

Məhkəmə eksperti ekspertiza rəyini gecikdirə bilməyəcək

Məhkəmə eksperti ekspertiza rəyini gecikdirə bilməyəcək

20 Dekabr 2019, 11:17

“Məhkəmə eksperti hər hansısa bir işlə bağlı ekspertiza rəyini gecikdirə bilməyəcək". Modern.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklərə görə ekspert bu məsələdə məsuliyyət daşıyır:

"Yeni dəyişikliklərə əsasən, ekspert müəyyən olunmuş müddətdə rəyi verməzsə, ekspertiza mərkəzi cərimə edilməlidir. Ona görə də, ekspert daha bu məsələdə diqqətli olacaq. Yəni ekspertiza nəticələrinin vaxtında məhkəməyə təqdim olunmasında ekspert və ekspertiza mərkəzi maraqlı olacaq. Yeni qanunvericiliyə əsasən, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə məhkəmə prosesinin iştirakçıları məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanlarına və ya özəl məhkəmə ekspertlərinə öz təşəbbüsü ilə və öz hesabına ekspertizanın aparılmasını sifariş edərək, həmin ekspertizanın nəticələrini məhkəməyə təqdim edə biləcək".

Ədliyyə Nazirliyi Məhkəmə-ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov isə deyib ki, özəl ekspertlər verdikləri rəyə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

O bildirib ki, ekspertiza ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəalar özəl ekspertiza sahəsinə də aiddir.

"Eyni zamanda özəl ekspertlərin də səlahiyyətləri çərçivəsində həyata keçirdikləri ekspertiza ilə bağlı qanunda nəzərdə tutulmuş hüquqları ilə yanaşı məsuliyyətləri də var". F. Cavadov dövlət, yaxud özəl ekspertiza təyin etmək hüququnun müraciət edən şəxsin özü tərəfindən müəyyən ediləcəyini də vurğulayıb.
 
 
 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama