Modern.az

Fəzail İbrahimli deputat olduğu dairəni seçdi

Fəzail İbrahimli deputat olduğu dairəni seçdi

Aktual

21 Dekabr 2019, 14:41

“Parlament seçkilərində iştirak etməməyimə heç bir səbəb yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında deputat Fəzail İbrahimli bildirib. O yenidən deputat kimi fəaliyyət göstərmək üçün kifayət qədər gücünün olduğunu da deyib:


“İnsanın gərək özünün içində deputat olmağa təşəbbüs olsun, yoxsa ki, kənardan nə qədər "namizədliyini irəli sür" desələr də, faydası olmaz. Keçdiyim həyat yolu, seçicilərlə münasibətdəki səmimiyyət imkan verir ki, yenidən deputat kimi fəaliyyət göstərim. Həmişəki kimi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizdəliyimi irəli sürəcəm. Hələ ki, sənədləri toplamamışam, vaxta var”.

 

Qeyd edək ki, Fəzail İbrahimli 2000-ci ildən deputat kimi fəaliyyət göstərir, o, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavinidir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama