Modern.az

Azərbaycanda bələdiyyə seçkilərinin 20 illik TARİXİ – Reallıq və gözləntilər  

Azərbaycanda bələdiyyə seçkilərinin 20 illik TARİXİ – Reallıq və gözləntilər  

23 Dekabr 2019, 11:58

Bu gün müstəqil Azərbaycan tarixində sayca 5-ci bələdiyyə seçkiləri keçirilir. İlk dəfə 1999-cu il dekbarın 12-də keçirilən seçkilər Azərbaycanda yerli idarəetmə orqanlarının formalaşması və inkişafı üçün təməl rolunu oynamışdı.

Seçki yolu ilə seçilən bələdiyyə institutunun yaradılmasından 20 il vaxt keçsə də, bələdiyyələrdən razı olanlarla yanaşı, narazı olanlar da var. Yerli idarəetmə orqanlarının büdcəsində az vəsaitin olması, səlahiyyətlərinin genişləndirilməsinə ehtiyacın olması barədə zaman-zaman cəmiyyətdə təkliflər səsləndirilir.

 

Modern.az xəbər verir ki, "Bələdiyyələrin fəaliyyətinin təbliği ” İctimai Birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin effektiv fəaliyyəti, təsir imkanlarının artmasına mane olan səbəbləri sadalamışdı.

“Bələdiyyələrlə bağlı məsələyə kompleks yanaşılmalıdır. Onların büdcəsində vəsaitin az olması səbəbindən ona müraciət edən vətəndaşa kömək edə bilmir, problemini həll etmək iqtidarında deyil. bu günə qədər bələdiyyələr öz ərazilərini dəqiq bilmirlər. Torpaqların verilməsində, müəyyən iaşə obyektlərinin, eləcə də vergilərin toplanılmasında müəyyən çətinliklər var”.

 

Modern.az indiyədək ölkədə keçirilən bələdiyyə seçkilərinin xronikasını təqdim edir:

 

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılsa da, sonradan kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirildi. İlk bələdiyyə  seçkilərinə hazırlıq dövründə püşkatma yolu  74 ərazi seçki komissiyası və 4683 məntəqə seçki komissiyası yaradılıb, bunlarında tərkibində ümuməm 90 min nəfərdən artıq vətəndaş seçkinin təşkili ilə məşğul olub. Həmçinin seçkilərdə 43 min nəfərdən çox vətəndaş bələdiyyə üzvlüyünə namizəd olmaq üçün müraciət edib. Müraciət edənlərin təqribən 51 faizi bitərəf, 49 faizi isə siyasi partiyaların üzvləri olub. Seçki günü respublika üzrə  seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20456 nəfər bələdiyyə üzvü seçilib. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş  seçkilər nəticəsində Azərbaycan Respublikasında 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2 409 kənd bələdiyyəsi seçildi. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatıb .

 

İkinci bələdiyyı seçkiləri 17 dekabr 2004-cu ildə keçirildi. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər – 46,34% səs verdi. Bələdiyyə seçkilərində 2731bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizədseçildi. Bələdiyyələrdə çox yeri hakim partiya olan Yeni Azərbaycan Partiyasının nümayəndələri aldı.

Üçüncü bələdiyyı seçkiləri 2009-cu ilin dekabrında keçirilib. Bu bələdiyyə seçkilərində fərqli xüsusiyyətlər müşahidə edildi. Belə ki, əksərərazilərdə bələdiyyələrin “iriləşdirilməsi” prosesi baş verdi,yeni bələdiyyə bölgüsü “sovet” dönəmindəki yerli ərazi inzibati vahidlərin miqyasına yaxınlaşdırıldı. Bunun nəticəsində birneçə kənd bələdiyyə şurası sədrinin və onun aparatının maliyyəməsrəflərinin əvəzində yalnız ümumiləşdirilmiş bələdiyyəşurasının sədri və aparatının maliyyə məsrəfi saxlandı. 31 minə yaxın namizəd1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə apardı.Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə,14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürüldü. Seçkilərdə 1 milyon 466 min 734 seçici səs verdi. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil etdi. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər oldu.

 

2014-cü ildə keçirilmiş sayca dördüncü bələdiyyə seçkiləri 118 seçki dairəsindən 5015 seçki məntəqəsi üzrə aparılıb. Seçkilərdə 1607 bələdiyyə formalaşıb.Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dördüncü bələdiyyə seçkilərində seçici fəallığı 38,9 faiz təşkil edib və ondan əvvəlki seçkilərdən 6-7 faiz artıq olub.

Komissiyanın hesablamalarına görə, ümumilikdə səsvermədə 1 milyon 876 min 14 nəfər iştirak edib.MSK-nın məlumatında qeyd olunub ki, 2014-cü ildə seçicilərin sayı 4 milyon 819 min 382 nəfər olub. 13 min 907 nəfərin 8 siyasi partiya tərəfindən, 23 min 61 nəfərin fərdi olaraq, 109 nəfərin isə təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülüb.Yeni Azərbaycan Partiyası 15 035 bələdiyyə üzvü yerlərindən 10 315 yeri (68,6%) qazanıb. YAP tərəfindən bələdiyyə üzvlərinin 4268 nəfərini (41,3%) gənclər, 3673 nəfərini isə (35,6%) qadınlar təşkil edib.Seçilən 4720 nəfər bələdiyyə üzvü isə digər partiyaların təmsilçiləri və bitərəf namizədlər olub.

 

Bu gün isə ölkədə beçinci bələdiyyə seçkiləri keçirilir.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.Azərbaycanda mövcud olan 125 dairədən 7-si bu proseslərdə iştirak etmir, çünki bu dairələr Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərdə yerləşir.

Ümumilikdə, bu 7 dairədən başqa, digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339 326 nəfərdir. Səsvermə 5049 məntəqədə həyata keçiriləcək.Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama